Qəza Əleyhinə sürücülük kursları
Müqavilə
Təlim müəlliminin vəzifələri.
-
Tələbəyə keyfiyyətli dərs və proqram materialları verməlidir. Tələbəni əlavə pedalları olan təlim maşını ilə təhciz etməlidir.
-
Dərsə gecikməməli və dərs gününü və vaxtını imkan daxilində dəyişməməlidir. /avtomobilin sıradan çıxma səbəbindən başqa/
Tələbənin hüquq və vəzifələri. “Qızıl kart” sistemi.
-
Tələbə təsadüfən qayda pozarsa, heç bir məsuliyyət daşımır. O, heç bir halda cərimə ödəmir. Bütün hallarda tələbənin qayda pozuntularına görə cəriməni kursun ehtiyat fondundan təlim müəllimi ödəyir.
-
Dərs vaxtı tələbənin günahından qəza olarsa, tələbə buna görə nə maddi, nə də ki, hüquqi tərəfdən məsuliyyət daşımır.
-
Avtomobildə ehtiyyat hissələri tələbənin günahından belə xarab olarsa, tələbə buna görə cavabdeh deyil. Xarab olmuş ehtiyyat hissələrini hər bir halda təlim müəllimi kursların sığorta fondundan istifadə edərək düzəltdirir.
Tələbənin vəzifələri.
-
Tələbə birinci nümunə dərsinə gəlir və dərsin keyfiyyətini bəyənərsə, kursun tam ödənişini edir. Dərsi bəyənməzsə yalnız həmin sınaq dərsinin ödənişini edir.
-
Kurs bitdikdən sonra tələbə öz istəyi ilə əlavə dərslər götürə bilər.
Tələbə aşağıdakı tələbləri yerinə yetirməlidir:
-
Dərsə gecikməməlidir.
-
Dərslərə ciddi münasibət bəsləməli, müəllimin dərs barədə bütün göstərişlərini dəqiq olaraq yerinə yetirməlidir.
-
Tələbə dərsə gecikərsə birinci dəfə müəllim ona xəbərdarlıq edir. Bu hal təkrarlanarsa gecikmə vaxti tələbənin dərs vaxtından çıxılır.
-
Üzürlü səbəbdən dərsdən imtina etmək üçün tələbə müəllimə vaxtında xəbər verməlidir. (dərsdən 24 saat əvvəl)
Tələbə dərsdən imtina barədə vaxtında xəbər verməzsə və ya dərsdən xəbərdarlıqsız imtina edərsə, birinci dəfə müəllim tələbəyə xəbərdarlıq edir. Əgər bu hal təkrar olunarsa tələbənin gəlmədiyi dərs hesaba alınır və tələbənin dərs sayından çıxılır.
-
Əgər dərslər üzürlü səbəblərə görə təxirə salınarsa (əgər tələbə xəstələnərsə və ya ezamiyyətə gedərsə) dərslər bu səbəblər aradan qalxdıqdan sonra davam etdirilir.
-
Əgər dərslər tələbə tərəfindən kəsilərsə və tələbə dərslərə davam etmək istəməzsə, ona keçirilməyən dərslərin ödənişinin 50 faizi qaytarılır.
Bu qaydalar tələbənin məsuliyyətini artırmaq üçün nəzərdə tutulub və tələbənin maraqlarına xidmət edir.
Müqavilə tələbə onunla tanış olduğu andan qüvvəyə minir.
Qəza əleyhinə kursların rəhbəri Rəhimov Aqil Əhməd o. “-------“--------------------“---------“ ---------------------------------
Əsas səhifə
|